Dekabrın 22-də Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına seçkilər keçirilib.
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və və qrupun üzvü Cavanşir Paşazadə seçkiləri müşahidə ediblər.
Cavanşir Paşazadə Modern.az-a açıqlamasında bildirib ki, seçkilər tam olaraq şəffaf keçib:
“Seçkiləri müşahidə edərkən maraqlı məqam diqqətimizi çəkdi. İnsanlar seçkilərə böyük həvəslə gəlirdilər. Heç bir qanun pozuntusuna rast gəlmədik”.
Cavanşir Paşazadənin sözlərinə görə, hər məntəqədə maraqlı hal yaşanırdı:
“Həmçinin hər seçki məntəqəsində Özbəkistanın milli süfrəsi açılmışdı. Seçkilərə gələnlər süfrədəki təamlardan da dadırdılar. Bu da insanların seçki əhval-ruhiyyəsini bir az da artırırdı”.
Qeyd edək ki, seçkilər majoritar sistemə uyğun keçirilib, 50 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb.