Cavid Zeynallının kitabı Türkiyədə çap olunub

12 Avqust 2020 - 11:43
Yazıçı Cavid Zeynallının “Coğrafiya müəllimi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası”nda çıxıb.
Şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.