Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, o, sabah Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Mövlud Çavuşoğlu bu gün NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak edib. Bu barədə o “Twitter” hesabında paylaşım edib. Nazir iclasda Ukraynada baş verən hadisələrin müzakirə edildiyini bildirib: “Müttəfiqlər olaraq, Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.