Çavuşoğlu İspaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 8-də İspaniyaya səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, M.Çavuşoğlu səfər çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələrilə yanaşı, gündəmdə olan məsələlər, eləcə də regional və beynəlxalq mövzularla bağlı müzakirələr aparacaq.

Bundan başqa, Türkiyə-İspaniya Hökumətlərarası 7-ci toplantının hazırlıqları ilə əlaqədar M.Çavuşoğlunun həmkarı ilə fikir mübadiləsi aparacağı da gözlənilir.

Qeyd edək ki, səfər İspaniyanın xarici işlər nazirinin dəvətilə baş tutacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sentyabrda Putini devirməyə çalışacaqlar, hazırlıq gedir” –

Sonrakı məqalə

“SSRİ-də yalnız Azərbaycan və Rusiya bazar iqtisadiyyatına hazır idi” –