Çavuşoğlu Lavrovla görüşəcək- Açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Azpost.info xəbər verir ki, bunu Çavuşoğlu 2022-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

Türkiyə XİN rəhbəri Lavrovla təmasın yaxın vaxtlarda baş tutacağını deyib: “Dünən Moskvada Türkiyə müdafiə nazirinin iştirakı ilə iclas oldu. Yaxın vaxtlarda mənim də rusiyalı həmkarım Sergey Lavrovla danışıqlarım olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Ukraynanın şəhərlərini raket atəşinə tutub –

Sonrakı məqalə

Prezident Administrasiyası Vətəndaş Qəbulu Mərkəzində vətəndaşların qəbulu –