Çavuşoğlu Soçiyə gedir –Lavrovla atəşkəsə nəzarət üzrə Mərkəzin işini müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.

O, M. Çavuşoğlunun səfərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında dekabrın 29-da baş tutacağını və nazirlərin görüşünün Soçi şəhərində keçiriləcəyini qeyd edib: “Sergey Lavrov və Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Soçidə keçiriləcək iclasında görüşəcəklər. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. Bundan başqa, nazirlərin görüşündə Rusiya, Azərbaycan və Ermənistan lidelərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının həyata keçirilməsi və eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işi diqqət mərkəzində olacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“O tərəfdən bura bir güllə atılsa onları elə günə salarıq ki, adlarını unudarlar” –

Sonrakı məqalə

Son sutkada 1850 nəfər yoluxub-