Çavuşoğlu və Mirzoyan görüşdü - "Məhsuldar və konstruktiv görüş oldu"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüb.
Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli əlaqələri, regional məsələləri müzakirə ediblər.
Dəvətimizi qəbul edib Antalya Diplomatiya Forumuna qatıldığı üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təşəkkür edirəm.
Bunu erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Antalya Diplomatiya Forumu hər kəs üçün açıq bir platformadır.
"Görüşümüz son dərəcə məhsuldar və konstruktiv oldu. Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik", - nazir qeyd edib. (APA)
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...