Çavuşoğlundan Trampa sərt cavab:

"Heç bir ölkə bizi çökdürməyə qadir deyil"
13 Oktyabr 2019 - 08:25

“Türkiyə sanksiyalardan qorxmur”. 

Bu sözləri Türkiyə Xarici İşlər İdarəsinin rəhbəri Mövlud Çavuşoğlu Almaniyanın “Deutsche Welle” televiziyasına açıqlamasında deyib.

“Əgər biz sanksiyalardan qorxsaydıq, bu əməliyyatları başlatmazdıq. Bu, bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır”, – deyə Türkiyə XİN rəhbəri bildirib. ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmə mümkünlüyünə toxunan nazir qeyd edib ki, heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil.