Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Çəkini sabit saxlamaq üçün necə qidalanmalı? –

User 12 Mart 2025 - 16:03 (Last updated: 21 May 2025 - 20:15)
qida pehriz

Bədən kütləsini sabit saxlamaq üçün sağlam, düzgün qidalanma şərtdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloqu Turan Kərimova söyləyib.

Onun sözlərinə görə, burada qida rasionunun çox böyük rolu var: “Bədən çəkisinin sabitliyi üçün maddələr mübadiləsinin normal olması şərtdir. Çəkinin azalması üçün maddələr mübadiləsinin sürətlənməsi vacibdir. Bu zaman qəbul olunan qidada zülalların, karbohidratların, yağların düzgün balansını təşkil etmək zəruridir. Məsələn, qidanın hansı hissəsini ət, tərəvəz, karbohidratlar (dənli bitkilər, kartof, un məmulatları və s.) təşkil edilməsinə diqqət yetirmək lazımdır. Bunu da qeyd etmək vacibdir ki, çəkinin sabit saxlanılması üçün təkcə porsiya yox, qidanın hansı qaydada, necə bişirilməsi, hansı ədviyyatların əlavə olunması, yeməyə əlavə olunan tərkibin nə qədər bişirilməsi çox əhəmiyyətlidir. Belə ki, hər bir qidanın bişmə temperaturu və müddəti var. Buna riayət olunan zaman onun tərkibi demək olar ki, dəyişmir, yəni tərkibindəki vitaminlər, minerallar, amin turşular və s. parçalanmır, orqanizm ondan istifadə edə bilir”.

T.Kərimova bildirib ki, həmçinin hansı qidanın daha tez, hansının daha gec həzm prosesinə məruz qalmasını da nəzərə almaq lazımdır: “Məsələn, karbohidratlar daha tez, yağlar və zülallar daha gec parçalanır. Eyni zamanda, qidanın qəbul olunma vaxtına da diqqət yetirilməlidir. Çünki gündüz saatlarında fermentativ proseslər sürətlə, axşam saatlarında isə ləng gedir. Bütün bunlar həzm prosesinin düzgün tənzimlənməsinə, öz növbəsində mübadilə proseslərinin sürətlənməsinə səbəb olur. Nəticə etibarilə bədən çəkisi sabit qalır”.

Post navigation

Previous: Azərbaycan Texnologiya Universiteti 400 parta dəsti və stullarına 36.5 min manat xərcləyəcək
Next: Azərbaycanlı iş adamlarına 613 minlik dələduzluq

Oxşar xəbərlər

ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37

xƏBƏR

haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Azərbaycan vətəndaşlarını telefon zəngləri ilə aldadaraq pullarını ələ keçirən beynəlxalq kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib. Ukraynada keçirilən...
Read more about Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.