Bu gün Çempionlar Liqasında qrup mərhələsinin VI turuna start veriləcək.
Apasport.az saytının məlumatına görə, dörd qrupda son oyunlar keçiriləcək.
1/8 finala yüksələcək 6 komandanına adı bəlli olacaq. E qrupundakı matçlar daha böyük maraq kəsb edir. İlk üç yerdə qərarlaşan komandalar Çempionlar Liqası və Avropa Liqasına yollanmaq üçün sonadək mübarizə aparacaq. “Napoli” autsayder “Genk”lə üz-üzə gələcəksə, “Zalsburq” “Liverpul”u sınağa çəkəcək.
H qrupunda da oxşar vəziyyət yaranıb. Üz-üzə gələcək “Ayaks”la “Valensiya”, həmçinin “Çelsi” Çempionlar Liqasının 1/8 finalına iki vəsiqə üçün vuruşacaq.
F qrupunda “İnter”lə Dortmund “Borussiya”sı 2-ci yerin sahibini müəyyənləşdirəcək. Almaniyalılar evdə “Slaviya” ilə, italiyalılar “Barselona” ilə görüşəcək.
“Leypsiq”i qəbul edəcək “Lion”la “Benfika”nın qonağı olacaq “Zenit” G qrupundan ikinci vəsiqə üçün mübarizə aparacaq. Avropa Liqasına isə üç komandadan biri düşəcək.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
10 dekabr
E qrupu
21:55. “Napoli” (İtaliya) – “Genk” (Belçika)
21:55. “Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə)