Çempionlar Liqasında 1/8 finala 6 vəsiqə sahibini tapacaq –Bu gün

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin VI turuna start veriləcək.

Apasport.az saytının məlumatına görə, dörd qrupda son oyunlar keçiriləcək.

1/8 finala yüksələcək 6 komandanına adı bəlli olacaq. E qrupundakı matçlar daha böyük maraq kəsb edir. İlk üç yerdə qərarlaşan komandalar Çempionlar Liqası və Avropa Liqasına yollanmaq üçün sonadək mübarizə aparacaq. “Napoli” autsayder “Genk”lə üz-üzə gələcəksə, “Zalsburq” “Liverpul”u sınağa çəkəcək.

H qrupunda da oxşar vəziyyət yaranıb. Üz-üzə gələcək “Ayaks”la “Valensiya”, həmçinin “Çelsi” Çempionlar Liqasının 1/8 finalına iki vəsiqə üçün vuruşacaq.

F qrupunda “İnter”lə Dortmund “Borussiya”sı 2-ci yerin sahibini müəyyənləşdirəcək. Almaniyalılar evdə “Slaviya” ilə, italiyalılar “Barselona” ilə görüşəcək.

“Leypsiq”i qəbul edəcək “Lion”la “Benfika”nın qonağı olacaq “Zenit” G qrupundan ikinci vəsiqə üçün mübarizə aparacaq. Avropa Liqasına isə üç komandadan biri düşəcək.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
10 dekabr

E qrupu
21:55. “Napoli” (İtaliya) – “Genk” (Belçika)
21:55. “Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış yazıçılar, xalq artistləri, alimlər ANS-ÇM-lə bağlı Prezidentə müraciət etdilər:

Sonrakı məqalə

Bakıda ticarət mərkəzində yanğını davam edir, 2 nəfər zəhərlənib –