Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Çempionlar Liqasını qazana bilməyən əfsanəvi baş məşqçilər

User 02 Sentyabr 2025 - 18:00 (Last updated: 02 Sentyabr 2025 - 17:35)
mesqci

Çempionlar Liqası hər bir baş məşqçinin ən böyük arzusu sayılır. Amma futbol tarixində elə mütəxəssislər var ki, böyük uğurlar qazansalar da, bu kuboka sahib ola bilməyiblər.

AZƏRTAC xəbər verir ki, onlardan biri əfsanəvi baş məşqçi Dieqo Simeonedir. “Atletiko Madrid”də qazandığı nəticələrlə klub tarixində iz qoyan argentinalı mütəxəssis komandanı 2014 və 2016-cı illərdə finala çıxarıb. Ancaq hər iki dəfə “Real Madrid”ə məğlub olub. İspaniya çempionatı və Avropa Liqasında yaddaqalan uğurları olsa da, ən böyük kubok hələ də ona qismət olmayıb.

Fransalı Arsen Venger də oxşar taleyi yaşayıb. Uzun illər “Arsenal”a rəhbərlik edən mütəxəssis İngiltərədə çempionluq və rekordlar qazanıb. Ancaq Avropada hədəfinə çata bilməyib. Onun komandası 2006-cı ildə Çempionlar Liqasının finalında “Barselona”ya uduzub.

Hektor Kuper də bu siyahıda yer alır. “Valensiya” ilə ardıcıl iki (2000/2001 və 2001/2002) final oynasa da, hər ikisində məğlub olub. Bu nəticələr ona “ikinci yerlərin kralı” adını qazandırıb.

Unayi Emeri Avropa Liqasında böyük nailiyyətlərə imza atıb. “Sevilya” ilə üç dəfə, “Vilyarreal”la bir dəfə turnirin çempionu olub. Amma Çempionlar Liqasında heç vaxt kuboku başı üzərinə qaldıra bilməyib.

Roberto Mançini, Antonio Konte, Sven-Qöran Eriksson və Fernandu Santuş da karyeraları ərzində böyük çempionluqlar qazanıblar, amma Çempionlar Liqasında eyni uğuru təkrarlaya bilməyiblər.

Mauritsio Poçettino isə 2019-cu ildə “Tottenhem”i turnirin finalına çıxarsa da, “Liverpul”a yenilib.

AzPost.az

Post navigation

Previous: Qlobal iqlim dəyişikliyi ilə bağlı dəyirmi masa keçirilib
Next: Azərbaycanda pul bazası azalıb

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə...
Read more about İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.