Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər- "MetLife Stadium" nəzərdən keçirilir

2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.

“Report”un “The Morning Consult” nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki “MetLife Stadium” nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə “Liverpul”udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tacikistan-Özbəkistan sərhədindəki insidentin səbəbkarı bilindi

Sonrakı məqalə

ABŞ-ın Suriya üzrə xüsusi elçisi Türkiyədədir