Çexiyada müharibədən qalan bombaya görə 600 sakin təxliyə edilib

Çexiyanın Litvinov şəhərində İkinci Dünya müharibəsindən qalmış aviabombanın tapılması ilə əlaqədar 600 nəfər təxliyə edilib.

Bu barədə CTK xəbər agentliyi polisə istinadən məlumat yayıb.

Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri kütləvi şəkildə bombardmana məruz qalıb.

Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Partlayış təhlükəsi böyük olduğundan istehkamçılar partlamamış sursatın şəhərdən çıxarılması və məhv edilməsi üçün ən münasib şəraiti yaratmalıdırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.