Çexiyalı milyarder Alyaskada helikopter qəzasında ölüb

ABŞ-ın Alyaska ştatında Byutt şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölənlər arasında çexiyalı milyarder Petr Kellner də var.

Bu barədə “Reuters” agentliyi çexiyalı milyarderin rəhbərlik PPF kompaniyasına istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Associated Press”in yaydığı məlumata görə, Eurocopter AS50 helikopterinin qəzaya uğraması nəticəsində ən azı 5 nəfər ölüb.

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırma aparılır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya ABŞ-a qarşı pis niyyətinin nəticələri ilə qarşılaşacaq” –

Sonrakı məqalə

Dini konfessiyaların rəhbərləri mart soyqırımı ilə bağlı dünyaya müraciət edib