Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi vəzifəsindən gedib

26 İyul 2021 - 19:31

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov vəzifəsindən gedib.

Azpost.info bildirir ki, bu barədə “Azəriqaz”ın rəhbəri Ruslan Əliyev məlumat verib.

Onun sözlərinə görə, C.Səfərov başqa işə keçməyə qərar verib. “Artıq 2 il olur ki, bizimlə çalışıb. İctimaiyyətlə əlaqələr sahəsində xeyli irəliləyişlərə nail olub. Bu gün isə artıq o, başqa bir işə keçməyə qərar verib.. İnanırıq ki, bundan sonra da təcrübəli bir kadr kimi onunla əməkdaşlıq edəcəyik. Bu gün Ceyhun Səfərovla görüşərək, ona bizimlə inamlı əməkdaşlıq etdiyinə görə təşəkkür etdik və “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatındakı fəal iştirakına görə Fəxri fərmanla təltif etdik”.