“ChatGPT”nin işində fasilələr yaranıb

1

Generativ süni intellektə (Sİ) malik “ChatGPT”nin işində ABŞ ərazisində fasilələr qeydə alınıb.

Son 24 saatda 15 mindən çox istifadəçi xəta barədə məlumat verib.

İstifadəçilər ən çox xidmətin özünün işindən (91 %) və veb-versiyaya girişlə bağlı problemlərdən (7 %) şikayət ediblər.

Nasazlıqlar həmçinin Azərbaycan, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada və Polşada da qeydə alınıb.