Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan saxlanılıb.
Bu barədə onun vəkili Yerem Sarkisyan məlumat verib.
Vəkilin sözlərinə görə, müstəntiqlər Tsarukyan üçün məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət etmək niyyətindədirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında Tsarukyanın evində axtarış aparılması ilə bağlı xəbər yayılmışdı.