Son 24 saat ərzində Çilidə iğtişaşlar zamanı 1400-dən çox insan saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə “BioBio” radiostansiyası bildirib. Məlumata əsasən, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.
İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.
Daha sonra iğtişaşlar ölkənin digər şəhərlərini də bürüyüb. Etirazlar zamanı 500-dən çox insan xəsarət alıb.
Çilidəki etirazlar nəticəsində həmçinin 10 nəfər həlak olub. Bu barədə yerli hakimiyyət orqanları bildirib. Məlumata əsasən, onlardan əksəriyyəti ticarət mərkəzlərindəki yanğınların qurbanı olub. Bildirlir ki, alt paltar satılan mərkəzdə 5 nəfərin cəsədi tapılıb. Bu mağaza bazar günü axşam qarət edilib və daha sonra alovlanıb.