Çin alimləri nəsli kəsilməkdə olan heyvanı klonlaşdırıblar

Çin alimləri ilk dəfə olaraq nəsli kəsilməkdə olan Tibet inəklərini klonlaşdırıblar.

Azpost.info xəbər verir ki, bu barədə Tibet bölgəsi hökumətindən bildirilib.

Bu, somatik hüceyrə nüvəsinin ötürülməsi ilə əldə edilib.

Söhbət Tibet yaylasında yaşayan iki növ inəkdən gedir. Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının tədqiqatçısı Yu

Davey bildirib ki, mütəxəssislər heyvanlardan qulaq toxumasını toplayıb, sonra laboratoriyada fibroblastlar xətti yaradıblar. Daha sonra onlar somatik hüceyrə nüvə transferi texnologiyasından istifadə edərək klon embrionları əldə edə biliblər.

“Klonlaşdırılmış embrionlar surroqat inəklərə köçürüldü və tam hamiləlikdən sonra səkkiz klonlaşdırılmış inək aldıq”, – Yu Davey bildirib.

O əlavə edib ki, alimlər gələcəkdə klonlaşdırma texnologiyalarını ənənəvi heyvandarlıq mexanizmləri ilə birləşdirmək niyyətindədirlər: “Bu, bizə mükəmməl bir genetik sistemi formalaşdırmağa və resursların qorunması və istifadəsi sistemlərini təkmilləşdirməyə imkan verəcək”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.