Çin koronavirusla mübarizəyə 8,75 mlrd. dollar ayıracaq

27 Yanvar 2020 - 13:35

Çin Xalq Respublikası 2020-ci ildə dövlət büdcəsindən koronavirusla mübarizəyə 60,33 milyard yuan (8,75 milyard dollar) məbləğində vəsait ayıracaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Çinin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vəsait ölümcül virusun aradan qaldırılması üçün fundamental tədbirlərin gücləndirilməsinə yönəldiləcək.

Qeyd olunub ki, indiki şəraitdə əsas məsələ koronavirusun kənd yerlərində yayılmasını qarşısını almaqdır.

Xatırladaq ki, Çində koronavirusa yoluxanların sayı 2,8 min nəfəri ötüb, 81 nəfər ölüb.