Çin şirkəti koronavirus vaksininin son sınaqlarını keçirəcək

23 İyun 2020 - 23:40

Koronavirusa qarşı iki mümkün vaksin hazırlayan Çin şirkəti Çin National Biotec Group (CNBG) BƏƏ-də peyvənd sınağının üçüncü – son mərhələsini keçirməyə icazə aldığını elan edib.

Trend-in məlumatına görə, bu barədə “South China Morning Post” bildirib. Eyni zamanda,CNBG BƏƏ-də hansı peyvəndin sınaqdan keçiriləcəyini açıqlamayıb.

Tədqiqatın əvvəlki mərhələlərində CNBG-nin hər iki peyvəndi Çində 2000 insana vurulmuşdu.