Çin şirkəti Rusiyaya sərmayə qoyuluşu ilə bağlı danışıqları dayandırdı

Çinin dövlət şirkəti olan “Sinopec Group” Rusiyaya çoxmilyonluq sərmayə qoyuluşu ilə bağlı danışıqları dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən yazıb. “Sinopec” Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı tətbiq edilən sanksiyalara görə hakimiyyətin ehtiyatlı olmaq çağırışlarından sonra bu qərara gəib.

Söhbət, qaz-kimya zavoduna yarım milyard dollar sərmayə qoyulmasından gedir. Çin nəhəngi Rusiyanın ən böyük neft-kimya şirkəti olan “Sibur”la bir layihədə ortaq olmalı idi.

“Reuters” qeyd edir ki, danışıqlarda fasilə qərarı Qərbin “Sibur”un səhmdarlarından olan Gennadi Timçenkoya qarşı sanksiyalarının tətbiqindən sonra verilib. “Sibur” yeni zavodla bağlı danışıqların dayandırılmasını şərh etməyib, lakin “Sinopec”lə əməkdaşlığı davam etdirdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Baydenlə görüşə gedən Polşa prezidentinin təyyarəsi məcburi eniş edib

Sonrakı məqalə

Ukraynadakı vəziyyətə görə dünya turizmi 14 milyard itirəcək – BMT