Çin uçan avtomobillərin kütləvi istehsalına başlayacaq
Çin uçan avtomobillərin kütləvi istehsalına 2025-ci ildən başlamağı planlaşdırır.
"Sinxua" xəbər verir ki, bu barədə "XPeng Motors" şirkətinin idarə heyətinin sədri He Syaopen məlumat verib.
Onun sözlərinə görə, Çinli elektrik avtomobil istehsalçısı 2026-cı ilə qədər uçan avtomobillərin geniş istehsalına nail olmağı hədəfləyir.
İlk mərhələdə "Land Aircraft Carrier" (LAC) adlı model üçün uçan modulun yaradılması nəzərdə tutulur. İl ərzində 10 min belə cihazın istehsalı planlaşdırılır.
LAC modeli 12-17 noyabr tarixlərində Çjuhay şəhərində keçiriləcək "Airshow China" sərgisində nümayiş etdiriləcək və ilk uçuşunu həyata keçirəcək.
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...