“Çin və ABŞ arasındakı münaqişədə qalib tərəf olmayacaq” –

Kissincer "arzuolunmaz nəticələr"lə bağlı xəbərdarlıq etdi
22 May 2021 - 09:31

“Çin və ABŞ arasındakı münaqişədə qalib tərəf olmayacaq. Hər şey, dünya müharibəsində olduğu kimi, tərəflərin bütün resurslarının tükənməsilə yekunlaşacaq”.

Bunu “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib.

O qeyd edib ki, Tramp hakimiyyətinin son aylarında iki ölkə arasındakı zidiyyətlər daha da kəskinləşib. Lakin Bayden administrasiyası bu qarşıdurmanın həm ABŞ-la Çin, həm də bütün dünya üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayır.

Diplomat amerikalıların Çini daimi düşmən ki gördüklərini də vurğulayıb.

Kissincer əlavə edib ki, Çinlə münasibətlərdə yaranmış vəziyyətdən çıxış yolu tapmaq yeni ABŞ hökuməti üçün çətin olacaq.