ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyaya ehtiyacları olan bütün nefti sata biləcəyini açıqlayıb.
Bu barədə o, Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. O, Venesuelanın neft satışlarına nəzarətdən sonra bu ölkələrlə də əməkdaşlığa açıq olduğunu bildirib.
“Çin və Rusiya ABŞ-dan istədikləri bütün nefti ala bilər”,- deyə Tramp qeyd edib.
O, görüşdə ABŞ-ın Venesuelanın neft hasilatına nəzarəti ələ keçirməyəcəyi təqdirdə, bunu Çin və Rusiyanın edə biləcəyini deyib.