Çin Yaxın Şərqdəki hərbi əməliyyatlara dərhal son qoyulmasını tələb edib.
Bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, mövcud vəziyyət bütün tərəfləri narahat edir və beynəlxalq diqqət mərkəzindədir. O, Çin hökumətinin obyektiv və ədalətli mövqedən çıxış etdiyini vurğulayıb: “Hərbi əməliyyatlar dayandırılmalıdır. Silahlı münaqişələr heç vaxt baş verməməli və bu, heç kimə fayda gətirməyəcək. Yaxın Şərqin tarixi göstərir ki, silahlar problemləri həll etmir, toqquşmalar yalnız yeni nifrət mənbələri və böhranlar yaradır”.
O, həmçinin müharibənin regiondan kənara yayılmasının qarşısını almağa çağırıb.