AzPost.az
Çində əvvəllər məlum olmayan şəffaf balıq növü aşkar edilib -FOTO
Çində əvvəllər məlum olmayan şəffaf balıq növü aşkar edilib.
"ZooKeys" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatçılar ilk dəfə yanvar və fevral aylarında vəhşi təbiət araşdırması çərçivəsində Çinin cənub-qərbindəki Xinyu mağarasını ziyarət ediblər.
Tədqiqatda deyilir ki, Xinyu mağarası yeraltı çaydan qidalanan təxminən 160 fut uzunluğunda "şaquli mağara"dır. Yaxınlıqdakı kəndin sakinləri ondan içməli su mənbəyi kimi istifadə edirlər.
Tədqiqatçılar mağaranı araşdırarkən, içərisində şəffaf üzgəcləri olan 11 balıq tapıblar. Balığın əvvəllər məlum olmayan bir növ -"Balitora anlongensis" olduğu ortaya çıxıb.
Tədqiqatçılar bildiriblər ki, onlar yeni növün adını kəşf edildiyi ərazinin, Anlonq qraflığının şərəfinə qoyublar. Bu mahal Guizhou əyalətində və Şanxaydan təxminən 1100 mil cənub-qərbdə yerləşir.
AzPost.az
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...