Çində hər iki gündən bir yeni milyarder peyda olur –

Dünyada varlıların sərvəti azalıb
08 Noyabr 2019 - 21:24

Dünyanın ən varlı adamlarının sərvəti bir qədər azalıb.

Azpost.info Amerikanın Səsi-nə istinadən bildirir ki, UBS və PwC-nin yaydığı hesabatda 2015-ci ildən bəri ilk dəfə olaraq geosiyasi təlatümlərin və səhm bazarlarında qeyri-stabiliiyn milyarderlərin sərvətinə təsir göstərdiyi vurğulanır.

Hesabat müəyyən edib ki, qlobal miqyasda milyarderlərin ümumi sərvəti 4.3% azalaraq 8.5 trilyon dollara düşüb. Ən kəskin azalmalar Honq Konqda, Çində və Asiya-Sakit Okean hövzəsi ölkələrində qeydə alınıb.

Siyasi böhranın bürüdüyü Honq Konqda toplam varidat 4% enərək $319.8 milyard dollara düşüb. Çində zənginlərin toplam varidatı dollar məzənnəsində 12.8 faiz azalıb. Bununla belə Çində hər iki gündən bir yeni milyarder peyda olur.

Amerika qitəsindən başqa bütün yerlərdə milyarder sərvətinin azalması müşahidə olunur. Birləşmiş Ştatlarda zənginlərin sayının artmasında yüksək texnologiya sənayesi və startaplar böyük rol oynayıb. Burada milyarderlərin sayı 749-dur.