Çinin cənubunda naməlum şəxs bıçaqla məktəbə hücum edib.
Vesti.ru xəbər verir ki, 50 yaşlı kişi dərs başlamazdan əvvəl məktəbin girişində insanlara hücum edərək, 40-dan çox şəxsi yaralayıb.
Hadisə yerinə təcili tibbi yardım işçiləri cəlb edilib. Görüntülərdə yaralı uşaqların binadan çıxarıldığı qeydə alınıb. Məktəbin direktoru, mühafizəçi və şagirdlərdən birinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdirilib.
Cinayətkar tutulub. Hadisənin hansı səbəbdən baş verdiyi və onu törədən şəxsin kimliyi açıqlanmır.