Çində koronavirusa yoluxanların sayı 1372 -ə çatıb –

41 nəfər ölüb
26 Yanvar 2020 - 09:33

Çinin müxtəlif bölgələrində yeni koronavirus infeksiyasına yoluxanların sayı 1372 nəfərə çatıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası rəsmi qurumlara istinadən məlumat yayıb.

Məlumata görə, bu günə qədər 41 nəfər bu virusdan ölüb, 39 xəstə isə sağalaraq evə buraxılıb. (APA)