“Çində koronavirusun yayıldığı bölgələrdə 7 tələbəmiz var”

- Ceyhun Bayramov
27 Yanvar 2020 - 12:10

“Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Çində dövlət xətti ilə təhsil alan tələbləri sayı 62-dir: “Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var.  Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə vətəndaşlarını çıxartmaq üçün Çinə müraciət edib. Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra Çin tərəfinin hansı addımları atmağı planlaşdırması ilə bağlı açıqlama olmalıdır. Bu açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Bu məsələni diqqətdə saxlayırıq”.