Çində məmurlarla bağlı 1 milyon şikayət daxil olub –600 min məmura cəza verilib

Çində partiya və dövlət nəzarəti orqanları 2023-cü ildə 600 mindən çox məmuru cəzalandırıb.

Azpost.info bildririr ki, bu barədə Çin Kommunist Partiyasının (ÇKP) intizamın yoxlanılması üzrə Mərkəzi Komissiyasının və ÇXR Dövlət Nəzarət Komitəsinin işi haqqında hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, 2023-cü ildə intizam təftiş və nəzarəti orqanları ümumilikdə 626 min iş açıb, 610 min nəfəri, o cümlədən əyalət və nazirlik səviyyələrində 49 işçini cəzalandırıb.

İl ərzində nəzarət orqanlarına 3,5 milyon müraciət, o cümlədən 1 milyondan çox şikayət daxil olub.

Məlumatda təqsirkar kadr işçilərini nə gözlədiyi göstərilmir. Adətən cəzalar töhmətdən tutmuş ÇKP sıralarından xaric olunmağa, daha sonra Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq materialların cinayət təqibi üçün prokurorluğa verilməsinə qədərdir.

Azpost.info

Əvvəlki məqalə

Avropanın ən gəlirli futbol klubları açıqlanıb –

Sonrakı məqalə

26 yaşlı ukraynalı “Yaponiya gözəli” seçildi, yaponlar etiraz etdi –