“Çində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq”

- Nazirlik rəsmisi
29 Yanvar 2020 - 13:03

“Çinin Uhan şəhərində olan azərbaycanlı tələbələrin ölkəyə qaytarılması məsələsi diqqətimizdədir”.

Bunu  açıqlamasında Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavini deyib ki, bu məsələ dövlət səviyyəsində diqqətdə saxlanılır: “Çinin Uhan şəhərində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq. Hazırda hökumət bilavasitə bu məsələ ilə məşğuldur. Eyni zamanda Təhsil Nazirliyi də mövcud vəziyyət nəzərə alınmaqla bu məsələnin həllinə çalışır”. /APA