Çində yeraltı kompleks qurulur- Asiya Oyunları üçün

Çinin Hançjou şəhərində 2022-ci il Asiya Oyunları üçün Olimpiya, Beynəlxalq Ekspo Mərkəzi və digər yarış məkanlarını birləşdirəcək yeraltı kompleks qurulur. 

“Report” “İnside the Games” nəşrinə istinadən xəbər verir ki, bölgədəki əsas yer və zallar yeraltı tunellərlə birləşdiriləcək. Bu isə Hançjou şəhərindəki ən böyük yeraltı qurğu olacaq.

986 000 kvadratmetr ərazini əhatə etməsi gözlənilən kompleksin bir hissəsi artıq tamamlanıb. Kompleksin əsas məkanı oyunlar zamanı atletika yarışlarına ev sahibliyi edəcək “Big Lotus”dur. Su idman növü üzrə yarışlar da daxil olmaqla, bir neçə idman növündə mübarizə Olimpiya Parkında gedəcək.

Ekspo Mərkəzində skvoş yarışı keçiriləcək, habelə, Beynəlxalq Yayım Mərkəzi və Baş Mətbuat Mərkəzi yerləşəcək.

Qeyd edək ki, sayca XIX Asiya Oyunları 10 – 25 sentyabrda keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daşkəsəndə qardaş bacısını qətlə yetirib

Sonrakı məqalə

Avropanın daha bir ölkəsi sərhədlərini açır