Çində hər iki gündən bir yeni milyarder peyda olur –Dünyada varlıların sərvəti azalıb

Dünyanın ən varlı adamlarının sərvəti bir qədər azalıb.

Azpost.info Amerikanın Səsi-nə istinadən bildirir ki, UBS və PwC-nin yaydığı hesabatda 2015-ci ildən bəri ilk dəfə olaraq geosiyasi təlatümlərin və səhm bazarlarında qeyri-stabiliiyn milyarderlərin sərvətinə təsir göstərdiyi vurğulanır.

Hesabat müəyyən edib ki, qlobal miqyasda milyarderlərin ümumi sərvəti 4.3% azalaraq 8.5 trilyon dollara düşüb. Ən kəskin azalmalar Honq Konqda, Çində və Asiya-Sakit Okean hövzəsi ölkələrində qeydə alınıb.

Siyasi böhranın bürüdüyü Honq Konqda toplam varidat 4% enərək $319.8 milyard dollara düşüb. Çində zənginlərin toplam varidatı dollar məzənnəsində 12.8 faiz azalıb. Bununla belə Çində hər iki gündən bir yeni milyarder peyda olur.

Amerika qitəsindən başqa bütün yerlərdə milyarder sərvətinin azalması müşahidə olunur. Birləşmiş Ştatlarda zənginlərin sayının artmasında yüksək texnologiya sənayesi və startaplar böyük rol oynayıb. Burada milyarderlərin sayı 749-dur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın tanınmış insan haqları müdafiəçilsi vəfat edib

Sonrakı məqalə

Cəlilabad xəstəxanasında körpə ölümü baş verib –