“Çində karantin bölgəsindəki azərbaycanlılar Türkiyəyə gətiriləcək”

trend_erkan_ozoral_ambassador_130718_1

“Azərbaycan tərəfinin istəyi ilə Çində koronavirusun qeydə alındığı bölgədə yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, koronavirus təhlükəsinə görə Türkiyə 35 vətəndaşını Çindən təxliyə edəcək: “Çində olan vətəndaşlarımız üçün təyyarə göndərilməsi planlaşdırılır. Bizdə olan məlumata görə, Çində karantin bölgəsində yaşayan 7 nəfər azərbaycanlı da Türkiyə vətəndaşları ilə birgə Türkiyəyə gətiriləcək və daha sonra lazımi tədbirlər görüləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir