“Coca-Cola” şirkətinin maşını Kürdəmirdə aşdı –

Sürücü xəsarət aldı, içkilər ətrafa səpələndi (FOTO)
30 Dekabr 2019 - 11:03

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Coca-Cola” şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını aşıb.  Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)