Conson Rusiyaya qarşı sanksiya üçün yeni səlahiyyətlər istəyir

Britaniya baş naziri Boris Conson Rusiyaya qarşı daha əhatəli sanksiyaların tətbiqi üçün parlamentdən yeni səlahiyyətlər istəyəcək.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Britaniya hökumətinin başçısı bunu “The Times” qəzetində dərc etdirdiyi məqalədə açıqlayıb.
Rusiyanın fiziki şəxsləri və qurumlarına daha əhatəli sanksiyalar tətbiq etmək üçün parlamentdən hökumətə yeni səlahiyyətlər verməsini xahiş edəcəyəm. Bu sanksiyalar Rusiya ilə əlaqəli və ya Kreml üçün strateji əhəmiyyətli sektorlarda fəaliyyət göstərən şirkətlərə də şamil ediləcək”, – deyə Conson qeyd edib.

B.Conson yeni məhdudiyyətlərin Kremlin Ukraynaya hərbi təcavüz edəcəyi təqdirdə həyata keçiriləcəyini bildirib. Baş nazir həmçinin Estoniyada Britaniya hərbi kontingentini gücləndirmək niyyətini açıqlayıb və bildirib ki, o, Cənub-Şərqi Avropanı qorumaq üçün “Typhoon” (Tayfun) qırıcılarını və döyüş gəmilərini göndərmək imkanını nəzərdən keçirir:
“Birləşmiş Krallıq Estoniyada Britaniya rəhbərliyi altındakı NATO çoxmillətli batalyonunu gücləndirməyə hazırlaşır. Biz həmçinin Skandinaviya və Şimali Avropanın on ölkəsindən birliklərin daxil olduğu və Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri təliminə diqqətimizi artıracağıq”, – deyə Conson bildirib.

Eyni zamanda, Britaniya baş naziri hesab edir ki, diplomatiya hələ də Ukrayna böhranının qarşısını ala biləcək əsas alətlərdəndir: “Mən hələ də inanıram ki, prinsipial və möhkəm diplomatiya bu böhranın qarşısını ala bilər. BMT Nizamnaməsində və Rusiya tərəfindən imzalanmış saysız-hesabsız hüquqi öhdəliyi olan sənədlərdə də göstərilir ki, hər bir ölkənin öz suveren taleyini seçmək hüququ var”.

B.Conson uğurlu dialoq üçün Rusiya tərəfindən deskalasiyanı şərt adlandırıb. O, Britaniyanın Müdafiə naziri Ben Uolles və Xarici İşlər naziri Liz Trusun yaxın vaxtlarda Moskvaya səfər edəcəklərini də bəyan edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İctimai Nəzarət Şurası adı ilə rüşvət alan dələduz dəstə həbs edilib –

Sonrakı məqalə

Son sutkada ölkədə 7 min 032 nəfər COVID-19-a yoluxub