“COP29-a hazırlıq işləri zirvə mərhələsindədir”- Nazir müavini:

“Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.

O xatırladıb ki, mötəbər tədbir noyabrın 11-dən 22-nə kimi davam edəcək. Hazırlıq işləri çərçivəsində müxtəlif qurumların iştirakı ilə idarəetmə mərkəzlərinin yaradıldığını deyən nazir müavini fikirlərinə belə davam edib: “Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir.

Bakı tədbiri ən maraqlı COP tədbirlərindən olacaq və alınan qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək”.

Əvvəlki məqalə

Ermənistan Ani körpüsünün birlikdə bərpası ilə bağlı təkliflərini Türkiyəyə təqdim edib

Sonrakı məqalə

İlham Zəkiyev bürünc medal qazanıb –