COP29-da iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər və diaqnostik testlər gətirilib

67221ba38b32567221ba38b3261730288547f1594137190aaaaa32a7a8f255a2ce76

Bakı Beynəlxalq Hava Limanında termometral, yəni uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq.

Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur.

Nadir Zeynalov bildirib ki, gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq: “Meymunçiçəyi, COVID-19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib. Tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər gətirilib”.