COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək

Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda deyilir ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

“Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.

Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.

25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Şeyxülislam Portuqaliyaya səfər edəcək

Sonrakı məqalə

Sabah hava necə olacaq?