Corc Floydun ailəsinə yardım fonduna yarım milyon insan pul köçürdü

06 İyun 2020 - 09:18

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində öldürülən afroamerikalı Corc Floydun ailəsinə kömək fonduna təxminən 13 milyon dollar vəsait toplanıb.

Bu barədə ТMZ portalı məlumat yayıb.

Nəşr qeyd edib ki, fonda dünyanın 125 ölkəsindən yarım milyondan çox insan pul köçürüb.