Çoxuşaqlı ana 22-ci övladını dünyaya gətirəcək

- FOTO
21 Oktyabr 2019 - 14:49

Böyük Britaniyanın ən çox uşaqlı anası yenidən hamilədir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı Syu Redford 22-ci dəfə ana olmağa hazırlaşır.

Syu Redford 48 yaşlı əri Noellə birlikdə USM nəticələrini nümayiş etdirib. Maraqlıdır ki, 2018-ci ildə qız övladını dünyaya gətirən qadın daha övlad sahibi olmağı planlaşdırmadıqlarını bildirmişdi.

Hər övladına görə həftədə 170 funt sterlinq (220 dollar) alan uşaqlı ailə çörək bişirmə biznesi ilə məşğuldur.