Dəmir yığmaq üçün Xocavəndə icazəsiz daxi olan 9 nəfər saxlanılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır:
“Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Rusiya səfirliyi Azərbaycana başsağlığı verib

Sonrakı məqalə

Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng vurub