Dağıstanda qalan altı azərbaycanlıda COVİD-19 aşkarlanıb.
Bu barədə Dərbənd Şəhər Mərkəzi Xəstəxanasından bildiriblər. Yoluxmuş şəxslər ixtisaslaşdırılmış hospitala köçürülüb: “Yoluxmuş şəxslərin müalicəsi üçün bütün zəruri addımlar atılır. Yalnız müalicə olunduqdan sonra onlar Azərbaycana qayıda bilər”, – RİA agentliyi Dərbənd Mərkəzi Xəstəxanasının baş həkimi Abdulqafar Şıxməhəmmədovdan sitat gətirib.
Hazırda Dağıstan və Azərbaycan sərhəddində sərhədlər bağlanmadan öncə Vətənə qayıda bilməyən 400-ə yaxın Azərbaycan vətəndaşı var.
Qeyd edək ki, yüzlərlə adam orada ağır məişət və sanitar şəraitdədir. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını ayda bir-iki dəfə 100-150 nəfərlik qrup şəklində buraxır ki, bu da yetərli deyil. (Turan)