Dəməşqdə partlayışlar Suriyada rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında baş verib.
Bu barədə anonim təhlükəsizlik mənbəsi “Reuters“ə məlumat verib.
Partlayışın partlayıcı qurğuların işə salınması nəticəsində baş verdiyi bildirilir.
Hazırda Suriyada rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında partlayıcı ilə doldurulmuş avtomobil aşkarlanıb.
Bu barədə “Əl-Hədəs” məlumat yayıb.
Məlumata görə, partlayıcı yüklənmiş avtomobil Makronun qaldığı hotelin yaxınlığında yerləşdirilib. Fransa prezidenti isə partlayış baş verməzdən az əvvəl həmin ərazini tərk edib.
Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, hakimiyyət orqanları Dəməşqin bir sıra yollarını bağlamağa başlayıb.
Hadisə nəticəsində itkilərin olduğu bildirilib