ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün ən yaxşı nəticə olacağını bildirib. Bu barədə “Reuters“ məlumat yayıb. "Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı", - Tramp bildirib.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub. Tramp görüşdən sonra danışıqların yaxşı keçdiyini və davam edəcəyini qeyd edib.

AzPost.az