Dadlı kofeni necə dəmləməli? –Qaydalar

Müasir axtarış sistemlərində insanlar dadlı və keyfiyyətli qəhvə barədə daha çox maraqlanmağa başlayıblar. Qəhvənin populyarlığı çayı dəfələrlə ötüb keçib.

Bəs əsl qəhvə necə dəmlənməlidir ki, o keyfiyyətini, dadını və ətrini itirməsin? Bu çox asandır. Sadəcə bir neçə qaydaya ciddi əməl olunmalıdır. Hazırda qəhvəni cəzvə, italyan buxar çaynikində, qəhvə aparatlarında hazırlamaq olur. Lakin ən əsası müddətə və temperatura əməl etməkdir, bunlar başlıca şərtlərdir.

İlkin olaraq qəhvənin hazırlanacağı suyun temperaturuna diqqət etməliyik. Qəhvə soyuq suyun qaynaması zamanı yaranan buxarla dəmlənirsə, o, bütün keyfiyyətini və ətrini qorumaqla yanaşı əsrarəngiz dada sahib olur. Qəhvəni qaynayan suya əlavə etmək olmaz və ideal içki +95 dərəcədə yaranan buxarla hazırlanır.

Ətirli qəhvə yalnız qovrulmuş dənəvər məhsulun üyüdüldüyü anda hazırlanan zaman olur. Əgər üyüdülmüş qəhvə uzun müddət qalarsa, ətrini və keyfiyyətini itirir. Bundan əlavə, dəmlənmiş qəhvəni soyuq fincanlara tökmək də olmaz, yaxşı olar ki, fincanlar isidilsin.

Tünd qəhvəni (espresso) sevmirsinizsə, ideal dəmləmə ölçüləri belədir: 3 çay qaşığı quru qəhvəni bir iri fincan su ilə dəmləmək lazımdır. Şirin qəhvə sevənlər qəhvəyi şəkərdən, südlü sevənlər isə yağlı süddən istifadə etsələr daha dadlı olar.

Qəhvəni yalnız quru və hermetik qablarda saxlamaq məsləhətdir. Əks halda o, içənlərə zövq verməyəcək, habelə bərkiyib xarab olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda keçirlimiş “Avroviziya” yarışında Rusiyanı təmsil etmiş müğənni vəfat edib –

Sonrakı məqalə

SOSİAL ŞƏBƏKƏLƏR BİZİ QULA, YOXSA SAHİBKARA ÇEVİRİR? –