“Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir”-

Azərbaycan Prezidenti MDB-nin sammitində bəyan etdi
18 Dekabr 2020 - 15:03

“İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.

Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq: “Bu, artıq tarixdir”.

Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan Prezident İlham Əliyev deyib: “Missiya Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ay yarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”.